Komputerləşmə və İKT

PASHA Bank

Müdaxilə Testləri üzrə Baş Mütəxəssis (Penetration testing)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-06-18

İşiniz nədən ibarətdir?

  • Müdaxilə testləri, fişinq,red teaming testlərinin aparılmasına məsul olmaq;
  • Kod yoxlanılmasına məsul olmaq;
  • DevSecOps praktikaların tətbiq olunması üzrə məsul olmaq;
  • Dövri təhlükəsizlik nəzarətinin təmin edilməsi; 
  • Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
  • Təhlükəsizlik tələbləri, təhdid modellədirmə və onun rəqəmsal məhsul və xidmətlərdə sənədləşməsinə məsul olmaq;
  • İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
  • Tənzimləyici və “NIST, PCI DSS” standartlarının tələblərinə uyğunluqların təmin olunması.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahədə minimum 3 il
  • Lisenziya / Sertifikat: CompTIA Security+ arzuolunandır.
  • Xarici dillər: İngilis
  • Kompüter bilikləri: MS Office Excel
  • Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri, İT avadanlığı, server və şəbəkə cihazları üzrə biliklər, “NIST, ISO 27000X, PCI DSS” standardlarının tələbləri üzrə biliklər.