Müdaxilə Testləri üzrə Baş Mütəxəssis (Penetration testing)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-12-15
İşiniz nədən ibarətdir?
- Müdaxilə testləri, fişinq,red teaming testlərinin aparılmasına məsul olmaq;
- Kod yoxlanılmasına məsul olmaq;
- DevSecOps praktikaların tətbiq olunması üzrə məsul olmaq;
- Dövri təhlükəsizlik nəzarətinin təmin edilməsi;
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
- Təhlükəsizlik tələbləri, təhdid modellədirmə və onun rəqəmsal məhsul və xidmətlərdə sənədləşməsinə məsul olmaq;
- İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
- Tənzimləyici və “NIST, PCI DSS” standartlarının tələblərinə uyğunluqların təmin olunması.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahədə Bakalavr təhsili;
- İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahədə minimum 3 il;
- Lisenziya / Sertifikat: CompTIA Security+ arzuolunandır;
- Xarici dillər: İngilis;
- Kompüter bilikləri: MS Office Excel;
- Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri, İT avadanlığı, server və şəbəkə cihazları üzrə biliklər, “NIST, ISO 27000X, PCI DSS” standardlarının tələbləri üzrə biliklər.