Maliyyə xidmətləri

PASHA Bank

Ödəniş Sistemləri ilə İş qrupunun mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-28

İşiniz nədən ibarətdir?

  • Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital);
  • Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
  • Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi;
  • Pos-terminalların qeydiyyatı, cash-back əməliyytalarının sazlanması, yeni aqreqatorların sistemdə qeydiyyatı, MCC kodların müəyyən edilib sazlanması, yeni tranzit hesabların açılması, tranzit hesabdan vəsaitlərin köçürülməsi üçün Flex sistemində rekvizitlərin sazlanması;
  • Əlavə olunan yeni sistemlərin və proseslərin təkmilləşdirilməsi;
  • Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi;
  • Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Negativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi;
  • Daim yenilənən prosesləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il  
  • Xarici dillər: İngilis , rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər bacarıqlar: Kart sistemində işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarığı.