Digər

PASHA Bank

Satınalma üzrə Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-05-14

İşiniz nədən ibarətdir?

  • Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi;
  • Bankın satınalma / təchizat zənciri ehtiyaclarının qarşılanması;
  • Təyin edilmiş kateqoriya çərçivəsində təchizatçıların qiymətləndirməsi və seçimi proseslərinin idarə edilməsi;
  • Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştərilərin idarə edilməsi; istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədi ilə daxili müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmə;
  • Satınalma və təchizat zənciri siyasətinin, sorğu formasının, təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası;
  • Bank tərəfindən qoyulan qənaət gözləntisinin icra edilməsi;
  • Satınalma fəaliyyəti, sifarişlərin icra edilməsi, digər kargüzarlıq və inzibatçılıq işlərinin görülməsi;
  • Yüksək nəticələri əldə etmək məqsədilə səmərəli müqavilə KPI-ları vasitəsilə E2E idarə edilməsi (kiçik və orta satınalma);
  • Bankın siyasəti və proseduralarına uyğun olaraq kiçik və orta satınalmaya aid olan proseslər/metodların idarə edilməsi və bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • Təcrübə: satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili, rus.
  • Kompüter bilikləri: Microsoft Office.
  • Məhsul biliyi: prosesin düzgün aparılması və malların, xidmətlərin seçilməsi üçün müvafiq məhsul kateqoriyası üzrə biliklər.
  • Bazar biliyi: yerli bazarda müvafiq kateqoriya üzrə biliklər.
  • Digər: komandada iş, analitik düşüncə və problem həll etmə, güclü ünsiyyət bacarıqları.
  • Üstünlük verilir: satınalma sahəsində həm yerli təlim mərkəzlərində, həm də onlayn şəkildə əldə edilən sertifikatların mövcudluğu əlavə üstünlükdür.