Maliyyə xidmətləri

PASHA Bank

Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-08-30

Təsvir

  • Sənədli əməliyyatlar üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
  • Beynəlxalq və yerli qaydalar və standartlara uyğun qarantiyaların verilməsi;
  • Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və prezentasiyaların hazırlanması, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatların izlənilməsi;
  • Daxil olan müraciətlərlə bağlı biznes təhlilin aparılması, hesabatların hazırlanması
  • Müxbir banklarla sənədli əməliyyatlara dair yazışmaların aparılması;
  • Korporativ Xidmətlər göstərən əməkdaşların sənədli əməliyyatların aparılması ilə bağlı təlimlərin keçirilməsi
  • Ticarətin Maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
  • Ticarətin Maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
  • Ticarət Maliyyələşdirilməsi üzrə bazarın və Müştəri bazasının analiz edilməsi.

Tələblər

  • Maliyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə Bakalavr və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Yüksək analitik və idarəetmə qabiliyyəti;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Biznes bankçılığı məhsulların və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq əməliyyatlar tranzaksiyalar üzrə biliklər və bacarıqlar) üzrə təcrübə;
  • Azərbaycan və İngilis dillərini səlis bilməli.