Maliyyə xidmətləri

PASHA Bank

Ticarətin Maliyyələşdirilməsi Funksional Sahəsinin Məhsul üzrə Baş Mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-09

Təsvir

  • Korporativ müştərilərin Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin olunması və korporativ müştərilərin Korporativ Bankçılıq və Kommersiya Bankçılığı seqmentləri üçün bu əməliyyatlarının strukturlaşdırılması;
  • Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı əlaqənin qurulması;
  • Bankın müştəriləri üçün sənədli əməliyyatların (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarəedilməsinin təmin olunması;
  • Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi;
  • Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm olaraq monitorinqin aparılması;
  • Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatının müəyyənləşdirilməsinin və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatların verilməsinin təmin edilməsi;
  • Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması
  • Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla və ixrac kredit agentlikləri ilə səmərəli ünsiyyətin saxlanılması.

Tələblər

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: 3-5 il; 
  • Xarici dillər: İngilis, Rus ;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsulları.