Xarici Hesabatlıq şöbəsinin Baş mütəxəssisi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-10-14
İşiniz nədən ibarətdir?
- Requlyativ hesabatların hazırlanması və təqdim edilməsi: requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarının toplanması, təhlili və hazırlanması, tənzimləyici orqanlara dəqiq və vaxtında hesabatların təqdim edilməsi.
- Requlyativ tələblərə uyğunluq: bank kapitalının adekvatlıq, likvidlik və leverec əmsalları kimi bütün tənzimləyici tələblərə əməl etməsinin təmin edilməsi və bankın məcmu kapital vəziyyətinin optimallaşdırılmasına dair təhlil və tövsiyələrin yüksək rəhbərliyə təqdim edilməsi.
- Maliyyə hesabatının keyfiyyəti: təqdim olunan maliyyə məlumatlarının düzgün, tam və tələblərə uyğun olmasını təmin etmək və məlumatların bütövlüyünü təmin etmək üçün müvafiq nəzarət və prosedurlara riayət olunmasına nəzarət etmək.
- Maraqlı tərəflərin idarə edilməsi: tənzimləyici orqanlarla əlaqələrin qurulması.
- Proseslərin təkmilləşdirilməsi: requlyativ hesabatların dəqiqliyini, səmərəliliyini və effektivliyini artırmaq üçün proseslərin və sistemlərin davamlı olaraq təkmilləşdirilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
- Xarici dil: İngilis, Rus (arzuolunandır)
- Kompüter Bacarıqları: MS Office proqramları
- Lisenziya / Sertifikat: ACCA / CFA arzuolunandır
- Məhsul üzrə biliklər: Bank məhsulları
- Başqa tələblər: MB və ADİF tənzimləmə sənədləri