Maliyyə xidmətləri

PASHA Holding

Auditor (Risk modelləri və ya modellərin validasiyası üzrə təcrübə)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-02-10

Risk modelləri və ya modellərin validasiyası üzrə təcrübəli namizədlər Auditor vakansiyasına dəvət olunur.

İşin təsviri:

  • Təsdiq olunmuş İllik Audit Planına  və Audit Komitəsinin  tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
  • Yeni və mövcud strateji modellərin müstəqil qiymətləndirilməsi;
  • Mövcud modellərə edilən dəyişikliklərin qiymətləndirilməsi;
  • Əsas fərziyyələr və nəzəri baza daxil olmaqla, modellərin hazırlanması prosesinin keyfiyyətcə nəzərdən keçirilməsi;
  • Modellərin effektivlik göstəricilərinin statistik testlərdən istifadə edərək kəmiyyətcə qiymətləndirilməsi;
  • Audit Layihəsi çərçivəsində müəyyən tutulmuş sahə audit prosedurları həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Müvafiq sahədə iş təcrübəsi: 1 ildən artıq; 
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; 
  • Proqramlaşdırma dilləri (R və/və ya Python, SQL ilə praktiki iş təcrübəsi);
  • Modelləşdirmə və modellərin validasiyası üzrə münasib biliklər;
  • Modellərin validasiyası və ya model risklərinin idarə edilməsi ilə əlaqədar təcrübə;
  • Məhsul və bazar haqqında ətraflı məlumatlılıq;
  • Funksiya ilə əlaqəli sertifikasiyanın olması üstünlükdür;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “PLİ-Auditor” qeyd olunmalıdır;
  • CV-lər 7 fevral, 2024-cü il tarixinə qədər göndərilməlidir.