Anderraytinq üzrə təcrübəçi
Vəzifə və öhdəliklər:
- Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq və dəyərləndirmək;
- Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina edilməsi prosesində iştirak etmək;
- Riskin dəyərləndirilməsi və riskə əsasən uyğun tarif və şərtlərin müəyyən olunması;
- Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək.
Biliklər:
- Ali təhsil: İqtisadiyyat və ya Hüquq;
- Dil bilikləri: yüksək səviyyədə Azərbaycan və İngilis dilləri, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Bilavasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini bilmək.
Bacarıqlar:
- Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- İngilis dilində sərbəst danışıq və yazışma bacarığı.
Son müraciət tarixi: 12.04.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.