Maliyyə xidmətləri

PASHA Insurance

Debitorların idarəolunması üzrə təcrübəçi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-08

Vəzifə və Öhdəliklər:

  • Sığorta müqavilələri üzrə sığorta haqqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi;
  • Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması;
  • Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi;
  • Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə  və ya hesablara yönləndirilməsi;
  • Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası;
  • Analitik hesabatların hazırlanması;
  • Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi;
  • Mövcud siyasətin davamlı qiymətləndirilməsi və prosesin təkmilləşdirilməsi üçün tövsiyələr vermək;
  • Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

Biliklər:

  • Ali təhsil: Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə;
  • Təcrübə: Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində arzuolunandır; 
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dili üzrə səlis yazılı və şifahi biliklər
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;

Bacarıqlar:

  • Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;
  • Səlis danışıq qabiliyyəti;
  • Vaxt idarəetmə bacarığı;
  • Məlumatların məxfiliyinin qorunub saxlanılması;
  • Detallara diqqət və analitik bacarıqlar;
  • Təşəbbüskarlıq;
  • İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;
  • Stres altında işləmək qabiliyyəti.