İnzibati, Biznes və İdarəetmə

PASHA Insurance

Fərdi bank kanalları şöbəsinin Rəhbəri/Müavini

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-25

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə tarifləri müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Mövcud olan fərdi, bank müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
  • Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
  • Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi;
  • Müvafiq növ sığorta məhsullarının cari satışı, görülmüş işlərin vəziyyəti, gündəlik şifahi məruzələrin və yazılı aylıq hesabatların Satış Departamentinin Direktoruna təqdim edilməsi;
  • Satış həcminin artırılması və yeni müştərilərin cəlb edilməsi məqsədi ilə fərdi, bank və digər təşkilatların təmsilçiləri ilə görüşlərin və danışıqların aparılması;
  • Bank kanalları şəbəkəsinin öyrədilməsi və sonrakı inkişafı üzrə səmərəli hazırlığın təmin olunması;
  • Tabeçiliyində olan işçilər arasında iş bölgüsünün düzgün aparılması;
  • Tabeçiliyində olan işçilərin gündəlik, həftəlik və aylıq gördüyü işlərə nəzarət edilməsi;
  • Tabeçiliyində olan işçilərə təhkim olunmuş bank kanalları üzrə satışlara ayrı-ayrılıqda nəzarət edilməsi və işçilərdən müvafiq olaraq hesabatlar alınması;
  • Mövcud bank kanallarının qorunub saxlanılması və yeni bank satış kanallarının cəlb olunması;
  • Bank Kanalları şöbəsinin sığorta məhsullarının yenilənməsinə nəzarət edilməsi;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes, Maliyyə və Marketinq sahəsi üzrə 4-5 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat ixtisasları üzrə balakavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla.
  • Kompüter bilikləri: MS Office: yaxşı, Outlook: yaxşı.
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyətçilik, detallara diqqət, analitik düşüncə, yaranan şəraitdə tez reaksiya göstərmək, komanda ilə işləmək, təklif olunan məhsulu satmaq və tanıtmaq, iderlik və koordinasiya.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 31 iyul 2024

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.