Frontend proqramçı
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-15
Haqqımızda:
“PAŞA Sığorta” ASC Azərbaycanın sığorta bazarında tanınmış liderdir. Bu günə qədər şirkətin kapitalının dəyəri 50 milyon AZN təşkil edir. PAŞA Sığorta 300 000-ə yaxın fərdi və korporativ müştərilərə 36 növ icbari və könüllü sığorta xidmətləri təklif edir. Etibar və ən yüksək keyfiyyəti təmin etməklə peşəkarlığımıza əsaslanaraq uyğunlaşdırılmış sığorta həlləri təklif edirik.
Vəzifə və öhdəliklər:
- Layihələr üçün yeni komponentlərin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi
- Mövcud skriptlərdə dəyişikliklərin edilməsi və onların optimallaşdırılması
- Mövcud sistemlərə əlavələrin edilməsi və onların təkmilləşdirilməsi
- Proqram təminatının işinin optimallaşdırılması və performansının artırılması
- Yazılan kodların test edilməsi, yaranan problemlərin analizi və aradan qaldırılması
- Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemlərin həll edilməsi
- Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək
- Vəzifəsi üzrə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Təhsil və ixtisas tələbləri
- Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir
İş təcrübəsi
- Müvafiq sahə üzrə minimum 2 il
Bilik və bacarıqlar:
Gərəklidir:
- HTML/CSS, Javascript, Typescript üzrə dərin biliklər
- Frontend framework-larının (Angular, React, Vue) birində yaxşı biliklər
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
- REST API ilə iş təcrübəsi
- Bootstrap, Material Design üzrə biliklər
- Package managers (npm, yarn) üzrə biliklər
- Gulp, Webpack üzrə biliklər
- Git / TFS üzrə biliklər
Üstünlük verilir:
- Angular, NGRX üzrə dərin biliklər
- Unit Testing bacarıqları
- Backend təcrübəsi