İnzibati, Biznes və İdarəetmə

PASHA Insurance

Katib-mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-11-20

“PAŞA Sığorta” ASC namizədləri Katib-mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və öhdəliklər:

  • Qərarların rəsmiləşdirilməsindən irəli gələn inzibati işləri həyata keçirir;
  • Təhkim olunduğu iclaslarının hazırlanmasına, iclaslar üçün materialların toplanması və sistemləşdirilməsinə, iclaslara dair bildirişlərin, iclasların gündəliklərinin, gündəlikdəki məsələlərə dair materialların iclas iştirakçılarına göndərilməsinə cavabdehlik daşıyır, bu iclaslarda iştirak edir;
  • Təhkim olunduğu iclaslar üçün materialların toplanması və sistemləşdirilməsinə, iclaslara dair bildirşlərin, iclasların gündəliklərinin, gündəlikdəki məsələlərə dair materialların iclas iştirakçılarına aidiyyəti üzrə göndərilməsinə cavabdehlik daşıyır, bu iclaslarda iştirak edir;
  • Təhkim olunduğu iclaslarda iştirak edəcək məruzəçiləri iclasın yeri və çıxış vaxtları barədə öncədən məlumatlandırır;
  • Təhkim olunduğu iclaslarda iştirak edir;
  • İclasların gedişatında yaranan tələb üzrə qanunvericilik barədə, korporativ idarəetmə məsələləri və digər hüquqi məsələlərə dair rəy bildirir;
  • İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsinə cavabdehlik daşıyır;
  • İclaslara dair bütün son materiallarının qorunub saxlanılmasını təmin edir;
  • İclas və ya görüşlərin nəticəsi barədə Korporativ Katibə (tələb edildiyi halda İdarə Heyətinin sədrinə də) yazılı və ya şifahi şəkildə məruzə edir;
  • İclasların səmərəliliyinin artırılması üçün təkliflər verir, işin yaxşılaşdırılmasına yönələn təşəbbüslərlə çıxış edir;
  • Səlahiyyətləri çərçivəsində müvafiq layihələrdə iştirak edir;
  • Birbaşa rəhbərin tapşırığı ilə hüquqi təhlillər aparır, hüquqi xarakterli məsələlərə dair rəy verir, arayışlar, məlumatlar və s. hazırlayır;
  • Birbaşa rəhbərin tapşırığı ilə şirkətin funksional bölmələri ilə əməkdaşlıq edir, zəruri məlumat və sənədləri əldə edir, lazımi təhlillər aparır, ümumiləşdirir, sistemləşdirir, verilmiş göstərişlərin icra statusunu öyrənir və s. ;
  • Birbaşa rəhbərin tapşırığı ilə səlahiyyətləri çərçivəsində digər işləri icra edir.

Biliklər:

  • Ali təhsil: Hüquq və ya Maliyyə sahələri üzrə;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində səlis danışıq;
  • MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı;
  • Hüquq və ya Maliyyə sahələrində ən azı 3 il təcrübə.

Bacarıqlar:

  • Səlis nitq, fikri aydın izah etmə bacarığı;
  • Danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı);
  • Təşəbbüskarlıq və yenilikçilik bacarığı;
  • Konfliktlərin/stresin idarə edilməsi;
  • Etibarlılıq və Şirkətə sədaqətlilik;
  • Aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə);
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.