Satınalma üzrə kiçik mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-10-22
PAŞA Sığorta” ASC namizədləri Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və öhdəliklər
- Müəyyən edilmiş ehtiyaclara uyğun olaraq bazarda araşdırma aparmaq və uyğun təchizatçıları müəyyən etmək;
- Təchizatçılardan təkliflər toplamaq, onları müqayisə etmək və ən sərfəli variantları təqdim etmək;
- Hazırlanmış təkliflərdən istifadə edərək satınalma sifarişlərini hazırlamaq və sistemə daxil etmək;
- Müqavilələrin hazırlanması və onların şərtlərinin yoxlanması işlərində rəhbərə kömək etmək;
- Sifariş edilmiş mal və ya xidmətin vaxtında və düzgün şəkildə çatdırılmasına nəzarət etmək;
- Satınalma ilə bağlı bütün sənədlərin tam və doğru şəkildə hazırlanmasını təmin etmək;
- Təchizatçılarla mütəmadi əlaqə saxlamaq və qarşılıqlı münasibətləri inkişaf etdirmək;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli şəkildə icra etmək.
Biliklər və bacarıqlar
- Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi arzuolunandır;
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus (arzuolunandır) dilində işgüzar danışıq bacarığı;
- MS Office proqram təminatı paketi ilə sərbəst işləmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Dəqiqlik;
- Təşəbbüskarlıq;
- Məsuliyyətlilik və hesabatlılıq;
- 1C proqramında işləyə bilməsi arzuolunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır