Pərakəndə satış və müştəri xidmətləri

PASHA Insurance

Sığorta əməliyyatlarına dəstək üzrə təcrübəçi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-27

“PAŞA Sığorta” ASC namizədləri Sığorta əməliyyatlarına dəstək üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

  • Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, və s.) hazırlanması;                                                                                           
  • Müvafiq hallarda daxili müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;                                                                                                         
  • Buraxılmış sığorta şəhadətnamələrinin və digər sənədlərin skan olunmasının təmin edilməsi;                                                                                                         
  • Hazırlanmış sığorta şəhadətnamələrinin daxili müştəriyə çatdırılmasının təmin edilməsi;                                                                                             
  • Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.                                                                                                    

BİLİKLƏR

  • Ali təhsil: Biznes sahəsində təhsilə üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi biliklər; B1 səviyyədə İngilis dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office (Excel, Word) proqramları üzrə biliklər.

TƏCRÜBƏ

  • Sığorta sahəsində təcrübə arzuolunandır.

BACARIQLAR

  • Komandada işləmək; 
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Öz fikirlərini təmiz ifadə etmək;
  • Detallara diqqət və analitik bacarıqlar;
  • Məsuliyyətlilik;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək.

Son müraciət tarixi: 26.10.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az  ünvanına göndərin.