Sürücü
Vəzifə və öhdəliklər:
- Nəqliyyat xidmətlərinin həyata keçirilməsi;
- Avtomibilin həm daxili, həm də xarici hissələrinin təmiz olmasına nəzarət;
- Avtomobildə nasazlıqların, maye axıntılarının və digər problemlərin mümkünlüyünü müəyyənləşdirmək, yanacaq çənində yanacağın olmasına, şüşətəmizləyən bakda mayenin olmasına, əyləc sisteminin işlək vəziyyətdə olmasına və s. nəzarət etmək üçün nəqliyyat vasitəsinə baxış keçirilməsi;
- Mühərrikdə yağın səviyyəsinin yoxlanılması, əyləc sisteminin sazlığı, təkərlərin və təkər boltlarının vəziyyəti, işıq cihazlarının (ön və qabaritli işıqlar, stop-siqnal, döndərici, arxa ötürücü pillə siqnalı və s.) və şüşətəmizləyənlərin işə yararlılığı daxil olmaqla nəqliyyat vasitəsinin hər həftə və zərurət olduqda xüsusi yoxlanışların həyata keçirilməsi;
Tələblər:
- “B” kateqoriyalı sürücülük vəsiqəsi
- Sahə üzrə 2-3 il iş təcrübəsinin olması
- Yol Hərəkəti qanunlarını yaxşı səviyyədə bilmək
- Diqqətli, punktual, məsuliyyətli olmaq
Son müraciət tarixi: 30 iyun 2024
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.