Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi/kiçik mütəxəssisi
Vəzifə Öhdəlikləri:
- Müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak etmək;
- Təkrarsığorta və anderraytinq əməliyyatları üzrə mütəmadi analitika aparmaq, nəticələr əldə etmək;
- Analitikanın nəticəsi olaraq ehtiyac olan dəyişiklikləri həyata keçirtmək;
- Verilən tapşırıqları operativ və keyfiyyətli icra etmək
- Təkrarsığorta hesabatlarının icrası və nəzarəti;
- Müvafiq sığorta məhsulları üzrə risklərin təkrarsığortalanmasını təmin etmək;
- Müvafiq strukturların əməkdaşları tərəfindən daxil olan sorğuları cavablandırmaq;
- Müxtəlif mövzular üzrə dünyə təcrübəsini araşdırmaq;
Namizədə olan tələblər:
İş təcrübəsi: Mütəxəssis vəzifəsi üçün: Anderraytinq və təkrarsığorta sahəsində 1 il iş təcrübəsi tələb olunur. Kiçik mütəxəssis vəzifəsi üçün isə iş təcrübəsi tələb edilmir
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəcəsi
Dil bilikləri: İngilis dili: əla , Azərbaycan dili: əla , Rus dili: orta
Üstünlüklər: Sahə üzrə iş təcrübəsi, Analitik və tətqiqat bacarıqları, təşəbbüskarlıq
Kompüter bilikləri: MS Word: əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv.
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.