Komputerləşmə və İKT

PASHA Life

Data Elmi üzrə Baş Analitik

Data Mərkəzi, Data Elmi və Analitika Bölməsi

Vəzifə öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanın araşdırılması və təkliflərin verilməsi;
  • Cəmiyyətdə əməkdaşların data analiz bacarıqlarının inkişaf etdirilməsi;
  • Statistik və machine learning modellərinin qurulması və inkişaf etdirilməsi;
  • Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
  • Məhsul və satış komandalarından (squad-lardan) gələn gündəlik data ehtiyacı ilə bağlı sorğuların icrasının təmin edilməsi;
  • Cəmiyyətin müəyyən olunmuş biznes strategiyasına uyğun olaraq Tədbirlər Planının hazırlanması və həyata keçirilməsi;
  • Büdcələşdirmə prosesində iştirak edilməsi;
  • Əməliyyat planının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Fəaliyyət zamanı əməliyyat riski və ya insident aşkar edildikdə, müvafiq daxili normativ sənədlərlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Data sahəsi üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
  • Təhsil: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data Elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla;
  • Üstünlüklər: Müvafiq sertifikatlara sahib olmaq;
  • Kompüter bilikləri: MS Office – əla, MSSQL (T-SQL) – əla;
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Daha çox blog yazılarımız:

[moreBlogs]