Layihə meneceri
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-05-06
Vəzifə öhdəlikləri:
- Şirkətin təsdiqlənmiş strateji planına uyğun olaraq layihə təşəbbüslərinin planlaşdırılması, icrası və monitorinqinə dair illik əməliyyat planlarının hazırlanması prosesinə rəhbərlik etmək;
- Struktur bölmələrin fəaliyyət sahələrinə uyğun layihə formalarının hazırlanmasını və bölmələrə vaxtında təqdim edilməsini təmin etmək;
- Əməliyyat planlarının strateji hədəflərlə uyğunlaşdırılmasını təmin etmək, zərurət yarandıqda uyğunsuzluqları müəyyən edərək müvafiq düzəlişlərin aparılmasına nəzarət etmək;
- Layihələrin planlaşdırılması, icrası və yekunlaşdırılması mərhələlərində maraqlı tərəflərlə (daxili və ya xarici) effektiv əməkdaşlığın qurulması və davamlı koordinasiyanın təmin edilməsi;
- Layihə fəaliyyətlərinin icrası zamanı vaxt, büdcə və resurs çərçivəsində effektiv idarəetmənin təmin olunması, həmçinin keyfiyyət göstəricilərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
- Layihələrin həyata keçirilməsi zamanı risklərin erkən mərhələdə identifikasiyası və idarə olunması, dəyişikliklərin düzgün şəkildə sənədləşdirilərək icraya yönəldilməsi;
- Tender və satınalma proseslərində iştirak etmək, vendor seçimi və müqavilələşmə mərhələlərində texniki və təşkilati dəstəyi təmin etmək;
- Layihələrin tamamlanmasından sonra qiymətləndirilməsinin (Post Project Evaluation) təşkili, nəticələrin təhlili və gələcək layihələr üçün tövsiyələrin hazırlanması;
- Layihə gedişi və nəticələri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- İdarə Heyətinin qərarları, İH sədrinin əmrləri və kurasiya üzrə İH üzvlərinin tapşırıqlarının vaxtında və keyfiyyətli icrasının təmin olunması.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Layihələrin idarəolunması üzrəən azı 1 il iş təcrübəsi;
- Təhsil: İqtisadiyyat və idarəetmə, İnformasiya texnologiyaları üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı (rus dili üstünlükdür);
- Kompüter bilikləri: MS Excel yüksək səviyyədə bilmək;
Biz nə təklif edirik:
- Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi;
- Korporativ Həyat Sığortası: kritik xəstəliklərdən sığortalan;
- Peşəkar inkişaf və təlim imkanları;
- Dinamik və innovativ iş mühiti;
- Parkinq imkanı.
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.