Maliyyə xidmətləri

PASHA Life

Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti/baş mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-23

Anderraytinq və qiymətləndirmə departamenti / Qiymətləndirmə və portfel analizi şöbəsi

Son müraciət tarixi: 22 sentyabr

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
  • Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
  • Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
  • Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
  • Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
  • Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
  • Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
  • Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.
  • Audit yoxlaması zamanı tədbirlər planını icra etmək , icrasına nəzarət etmək;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək;
  • Sığorta məhsulu üzrə yeni şəhadətnamə formalarının və onunla əlaqəli sənədlərin yaradılması və ya mövcud şəhadətnamə formasına və onunlar əlaqəli sənədlərə dəyişikliklərin edilməsi;
  • Buraxılmış müqavilə və əlavələr üzrə monitorinqin aparılması və nəticələri barədə məlumatlandırma;
  • Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması və yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq addımların atılması;
  • Şirkət daxilində ehtiyac yarandıqca əməkdaşlarının məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərdə təlimçi kimi iştirak;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Maliyyə
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
  • Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması, Rus dilinin biliyi, Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi, R studio
  • Kompüter bilikləri: MS Office-əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.

İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
  • *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.