İnzibati, Biznes və İdarəetmə

PASHA Life

Satınalma şöbəsinin kiçik mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-02

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 01 mart 2024-cü il.

Vəzifə Öhdəlikləri:

  • Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Təkliflərin toplanması prosesinin idarə olunması, qiymətləndirmə cədvəllərinin hazırlanması, qiymət və digər sorğuların hazırlanması;
  • Tədarükçilər siyahısında əvvəlcədən təyin edilmiş daimi təchizatçı firmalardan, yaxud keyfiyyət və qiymət meyarları əsas götürərək bazarda mövcud olan başqa rəqib firmalardan lazımi məhsulların satın alınması;
  • Təslim edilmiş mallar, yerinə yetirilmiş işlər, göstərilən xidmətlər, həmçinin müqavilənin icrasının ayrı-ayrı mərhələləri üçün ödəniş edilməsi prosesinə nəzarət edilməsi;
  • Müqavilə üçün lazımlı sənədlərin yoxlanılması; təchizatçı və icraçı ilə müqavilənin rəsmiləşdirilməsinə nəzarət edilməsi;
  • Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
  • Yeni potensial tədarükçülərin və təchizatçıların araşdırılması;
  • Təchizatçılarla əlaqədar öhdəliklərin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Satınalma işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni təklifləri rəhbərliyə ötürmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Tələb olunmur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta
  • Üstünlüklər: Satınalma və ya maliyyə sahəsi üzrə iş təcrübəsinin olması, İngilis dili biliyi.
  • Kompüter bilikləri: MS Excel: orta, MS Word: orta 
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, keyfiyyət yönümlülük. Analitik düşüncə, məsuliyyətli, dəqiq, yüksək kommunikasiya və komanda işi bacarıqları.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.