Strategiya və araşdırmalar şöbəsinin baş mütəxəssisi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-02-09
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 08 fevral 2024-cü il
Vəzifə Öhdəlikləri:
- Makroiqtisadi göstəricilər haqqında məlumatlar əldə etmək və göstəricilər üzrə dəyişmələrin Sığorta bazarı və Cəmiyyətin maliyyə göstəricilərinə təsirini araşdırmaq və mümkün maliyyə nəticələri üzrə rüblük hesabatın hazırlamasını təmin etmək
- Makroiqtisadi və biznes modellərin hazırlanması
- Maliyyə planlama modellərin qurulması
- Azərbaycan sığorta bazarı üzrə və qanunvericilikdə baş verən dəyişikliklər haqqında məlumatları əldə etmək və bu dəyişmələrin sığorta bazarı və Cəmiyyətin strategiyasına təsirini araşdırmaq və mümkün nəticələr üzrə hesabat hazırlamaq
- Bütün dəyişikləklərlə bağlı təsirini ölçmək üçün modellərin hazırlanması, tətbiqi və təkmilləşdiriməsi
- Strateji Planın tərtib olunması zamanı makroiqtisadi göstəricilərin prognozlaşdırlıması
- Strateji planın tərtib olunması prosesinin təşkili və prosesin aparılmasında iştirak etmək
- Strateji və illik ƏFG-lərin təyin olunmasında iştirak etmək
- Strateji təhlillərin həyata keçirilməsi
- Strateji Planın icrası zamanı baş verəcək risklərin və imkanların araşdırması
- Strateji Planın icrası ilə bağlı hesabatların hazırlanması
Namizədə olan tələblər:
- İş təcrübəsi: İqtisadçı analitik, hesabatlılıq və audit, strateji planlama sahələri üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Riyaziyyat və kibernetika ixtisaslar üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: İngilis dili: əla , Rus dili: orta , Azərbaycan dili: əla
- Üstünlüklər:
- Maliyyə beynalxalq standartlarının biliklərin olması
- Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər
- Makroiqtisadiyyat, Modelləşdirmə, Strateji təhlillər üzrə təcrübənin olması
- ACCA, DipİFR, CFA 1 sertifikasiyaların olması
- Kompüter bilikləri: MS Office:əla , MS Excel:əla , PowerBI:əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, təsir göstərmə, planlaşdırma.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.