Təcrübəçi mühasib
İş yeri: AF Business House, 203 Nizami küçəsi, Bakı 1010, PITS Azərbaycan Ofisi
İş günləri və saatları: Həftədə 5 iş günü saat 10:00-19:00, nahar vaxtı saat 13:00 -14:00
Əməkhaqqı: 400 AZN
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
- Maliyyə hesabatlarını hazır etmək;
- Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
- Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
- Bank əməliyyatlarını həyata keçirmək;
- Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
- İşgüzar yazışmaları aparmaq;
- Əmək haqqı və məzuniyyət hesablanmasını və ödənişini həyata keçirmək.
Namizəd üçün tələblər:
- 20-25 yaş arası, karyerasını bu sahə üzrə qurmağa həvəsli olan gənclər axtarırıq.
- Müvafiq ixtisas üzrə bakalavr təhsili mütləqdir.
- Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edir.
- Microsoft Ofiice proqramları ilə işləmə bacarığı tələb olunur
- Mühasibatlıq sahəsi üzrə nəzəri biliklərə malik olmaq tələb olunur
Əgər tələblərə cavab verirsinizsə, xahiş edirik öz CV-nizi elektron ünvanına göndərin.