Yeni
4
Bitmə Tarixi
Bu gün

Rəqəmsal marketinq üzrə mütəxəssis

Ünvan: Neftçilər prospekti 153, PBT   

Vəzifə öhdəlikləri:

  • PMD Hospitality brend saytı və PMD Hospitality MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir;
  • Meta/Google Ads Manager-də onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir;
  • Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir;
  • Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır;
  • Axtarış vasitələrində veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir;
  • Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir;
  • Marketinq Əlaqələri üzrə Menecer tərəfindən müəyyən edilmiş strategiyaya uyğun olaraq, hotellərin hədəf kütləsinə aylıq e-poçt bülletenləri və SMS bildirişləri hazırlayır/göndərir;
  • Sosial şəbəkə/ekran reklam məhsuldarlığı və profil seqmentasiyası hesabatlarını hazırlayır və təhlil edir;
  • Üçüncü tərəf qonaqlama kanallarında ödənişli yerləşdirmə strategiyasını idarə edir, bazar haqqında məlumatı təhlil edir və KPI-ləri optimallaşdırmaq üçün məzmunları yeniləyir;

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq sahəsində arzu olunandır);
  • Rəqəmsal Marketinq və E-kommersiya sahəsində minimum 1 (bir) il;
  • SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi;
  • Veb-sayt analitika alətləri (Google Analytics, NetInsight, Omniture, WebTrends) haqqında dərin biliklər;
  • Google Adwords və Meta Ads kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi;
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Mənbə: https://jobsearch.az