Partnyorlarla iş üzrə mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-13
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
- Satış və Partnyor şəbəkəsi ilə iş təcrübəsi olmalı;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli;
- Ezamiyyətlərə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- Partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və partnyor ola biləcək müştərilərlə görüşlərin təşkili;
- Potensial müştərilərə şirkətin məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və lazım gəldiyi təqdirdə şirkətin filiallarına yönləndirilməsi;
- Şirkətin məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsi ilə digər potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması;
- Mövcud partnyorlarla əlaqələrin möhkəmləndirilməsi, satışlara nəzarət və partnyorlar üzrə satış həcminin artırılması;
- Yeni partnyorlarla görüşlərin keçirilməsi və əməkdaşlığa cəlb edilməsi;
- Partnyorların tələblərini nəzərə alaraq şirkətin məhsullarının təklif edilməsi, şərtləri və təminatı haqqında məlumatların verilməsi;
- Partnyor satışları bölməsi üzrə müəyyən olunmuş satış planlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 970-1108 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Partnyorlarla iş üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.