Digər

Qarant Kredit

İnsan resursları üzrə mütəxəssi

İş barədə məlumat:

  • Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi ilə bağlı prosedurları yerinə yetirmək;
  • E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasına lazımi dəyişiklikləri vaxtı-vaxtında daxil etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və qeydiyyatını aparmaq; əmək kitabçalarını əmrlər əsasında doldurmaq;
  • Əmək müqaviləsinin dəyişiklikləri ilə bağlı sənədlərin tərtib etmək və imzalatmaq;
  • İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təhvil vermək;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə və analıq məzuniyyəti ilə bağlı sənədləri hazırlamaq və sistemə yerləşdirmək;
  • Davamiyyətə nəzarət etmək;
  • Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, ilkin müsahibəni təşkil etmək, vakansiyalara uyğun namizədləri seçmək.

Namizədə tələblər:

  • Ali təhsil (İnsan resurslarının idarə olunması üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində ən azı 1 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • MS Office (xüsusilə MS Excel), ƏMAS sistemi ilə sərbəst şəkildə işləmək bacarığı;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "İnsan resursları üzrə mütəxəssis" başlığı altında elektron ünvanına göndərə bilərlər.

Daha çox blog yazılarımız:

[moreBlogs]