Logistika üzrə kiçik mütəxəssis
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə 1 ilə qədər;
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dilləri üstünlükdür;
- MS Excel və MS Word üzrə orta səviyyədə biliklər;
- Operativlik və analitik düşüncə bacarığı.
Vəzifə öhdəlikləri:
- Daşınmalı olan məhsulla bağlı məlumatların toplanması;
- Optimal marşrut xəttlərinin seçilməsi;
- Seçilmiş marşrutlar üzrə qiymət təkliflərinin alınması;
- Daşıma şirkətləri ilə müqavilə və digər sənədlərin hazırlanması;
- Daşıma məlumatlarının 1C proqramında işlənilməsi;
- Daşınmanın statusu ilə bağlı sifarişçinin sorğularının cavablandırılması;
- İxrac ediləcək mallarla bağlı yük sənədlərinin (Invoice, PL, CMR, və s.) hazırlanması;
- Outlook üzərindən və Bitrix üzərindən gələn sorğularda iştirak edilməsi;
- Karguzarlıq işlərinin icrası.
İş şərtlərimiz:
- Əmək haqqı: 637 - 731 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə kiçik mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.