Digər

SAF Pharma LLC

Məhsul təbliğatı üzrə kiçik mütəxəssis

İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küç.

İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00

Əmək haqqı: 350-550 AZN

Öhdəliklər: 

  • Ona təhkim olunmuş işçi - mentor ilə birlikdə öyrənmə proqramını icra etmək;
  • İş və təlim qrafikinə əməl etmək;
  • Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması;
  • Müştərilərdən məhsullar üzrə rəy alınması;
  • Həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması;
  • İclaslarda iştirak etmək, iş yerində yaranmış problemlər barədə birbaşa rəhbərinə məlumat vermək;
  • Gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq;
  • Bazar araşdırması prosesində iştirak etmək;
  • Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak etmək;
  • Problemli müştərilər barədə birbaşarəhbərini məlumatlandırmaq; 
  • Rəhbərlik və ya məsul şəxsin işlə bağlı verdiyi digər tapşırıqların icra edilməsi.

Vəzifəyə tələblər:

  • Təcrübə - 0-3 (müvafiq sahədə)
  • Azərbaycan dilində yazılı və  şifahi ünsiyyət
  • Təqdimat bacarığı
  • Öyrənməyə meyilli
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Çeviklik
  • Dəqiqlik

Qeyd: Hər bir müraciətə 1 iş həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.

Daha çox blog yazılarımız:

[moreBlogs]