Qrafik və Motion Dizayner
Biz Sağlam Ailə MMC olaraq ölkənin ən qabaqcıl Tibb Mərkəzlərindən biriyik və keyfiyyətli, peşəkar xidmətimiz, müasir avadanlıqlarımız, gülərüz və mehriban komandamız ilə seçilirik. Hazırda progressiv komandamıza peşəkar, məsuliyyətli “Qrafik və Motion Dizayner” axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Veb-saytlar, sosial media platformaları, rəqəmsal kanallar və digər kommunikasiya vasitələri üçün qrafik və motion dizaynların hazırlanması;
- Şirkətin korporativ üslubuna uyğun promo və çap məhsulları ilə bağlı dizayn materiallarının hazırlanması;
- Video materialların, reklam və sosial çarxların montajlanıb ölçülərə salınması;
- Təqdimat materiallarının hazırlanması;
- Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
Vəzifə ilə bağlı tələblər:
- Qrafik və motion dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- Agentliklərdə təcrübənin olması arzuolunandır (minimum 1 il);
- Adobe Premiere, After Effect, Illustrator, Photoshop bilikləri (Corel Draw bilikləri əlavə üstünlükdür)
- Brandbookla işləmə təcrübəsi, reklam materiallarının istifadə qaydası üzrə ümumi biliklər
- Kreativ düşüncə, yaradıcı yanaşma və kollektivlə işləmə bacarığı;
- İngilis dili arzuolunandır.
Əlavə məlumat:
- Əməkhaqqı: 800 – 1200 Azn.
- İş saatı: 5 günlük (09:00-18:00) iş qrafiki ilə təyin olunur.
- İşçi illik check up paketi ilə təmin olunur.
- İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
CV və Portfoliolarınızı hr@saglamaile.az ünvanına " Qrafik və Motion Dizayner " başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.