Maliyyə xidmətləri
Aparıcı mühasib
İş barədə məlumat:
- Şirkətin mühasibatlıq sisteminin aparılması və müvafiq hesabatların verilməsi
- Alış və satış prosesinin sisteme işlənilməsi
- Şirkətin maliyyə balansına nəzarət
- Hesabatların hazırlanması
Namizəddən gözləntilər:
- Əmək haqqı, məzuniyyət və xəstəlik vərəqələrinin hesablanmasını yüksək səviyyədə bilməli.
- 1C 8.3 təcrübəsi olmalı;
- e-gov.az, e-taxes.gov.az, stat.gov.az emas.sosial.gov.az e.customs.gov. portallardan sərbəst istifadə etmək;
- Elektron qaimələrin yazılması, qeri qaytarma qayimələrinin yazılması, düzəlişi, ləğvi ilə bağlı əməliyyatları bilməli;
- Rəsmi sənədlərin hazırlanması, mühasibat kargüzarlığını sənəd ardıcıllığını bilməli və sənədlərlə işləməyi bacarmalı;
- İnternet banking vasitəsilə ödəniş tapşırıqlarının tərtibi yerli və xarici ödənişləri sərbəst icrasını bacarmalı;
- Gömrük ilə bağlı əməliyyatları bilməli ( YGB-nin sturukturunu lazım olan qədər, gömrük kodu alınmasını, Qİ-lərin zamanında vergiyə bəyan edilməsini və s.);
- Alış aktları, etibarnamə, protokollar, təhvil-təslim aktları, üzləşmə aktlarının hazırlanması;
- Vergi məcəlləsi və Əmək məcəlləsi üzrə biliklər;
- Mənfəət bəyannaməsi, Əmlak vergisi bəyannaməsi, ƏDV, ÖMV, Vahid bəyannamə (DSMF), Statistika hesabatlarının hazırlanması;
- Gündəlik və ya aylıq satış sənədlərinin satış şöbəsi ilə qarşılıqlı yoxlanması;
- Debitor və kreditor borcların izlənməsi;
- Problemli sənədlər ilə işləmə həmçinin problemli əməliyyatların araşdırılması bacarığı;
- Müxabirləşmələri bilməli. Əsas vəsaitlərin uçotunu bilməli (əsas vəsaitlərə amortizasiya hesablanması);
- Maya dəyərinin necə formalaşmasını bilməli (Xərclərin bölüşdürülməsi);
- Maliyyə hesabatlarının ( Balans, Mənfəət zərər, Pulun hərəkəti haqqında hesabat, Kapitalda dəyişiklik haqqında hesabat) sturukturundan və yığılma qaydalarından məlumatlı olmalı.
- Təhsil: Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili arzuolunandır
- Kompüter biliklər: 1C və Ofis programları
- İş təcrübə: minimum - 3 il
- Çeviklik, qərar vermə qbiliyyəti , ünsiyyətcil
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5günlük iş qrafiki.
- Əmək haqqı: 1000-1500AZN
Uyğun namizədlər CV-lərinizi mail ünvanına göndərin.