Maliyyə xidmətləri
Maliyyə meneceri
İş funksiyası:
- Maliyyə şöbəsini idarə etməli və öz tabeliyində olan bütün əməkdaşların vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmalı
- Müəssisənin maliyyə hesabatlarını tərtib etməli və fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatları toplamalı və analiz etməli;
- Aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün maliyyə şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etməli;
- Mühasibatlıq sistemləri, daxili qayda və prosedurlar, habelə Aqrar sektor üçün müəyyən edilmiş yerli qaydalar ilə yaxından tanış olmalı;
- Müəssisə daxilində bütün maliyyə əməliyyatları üçün qoşma sənədləri və həyata keçmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamalı və bunların prosedurlara əsasən icra olunmasını təmin etməli;
- Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlamalı və bunları hər ay müvafiq sənədlərlə birgə yoxlamalı;
- Büdcə və proqnozların hazırlanmasında iştirak etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmalı;
- Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtında təqdim edilməsini təmin etməli.
- Mənfəətin illik, rüblük planlarını və rentabellik göstəricilərini müəyyən etməli
Tələblər:
- Ali maliyyə və ya iqtisadi təhsil;
- 1C programında işləmək
Bilik və Bacarıqlar:
- Vergi qanunvericiliyi, normativ və aktlar üzrə biliklər;
- Aqrar sənayedə təcrübə;
- Yerli və beynəlxalq mühasibatlıq standartları;
- Məlumatların analizi (data analysis);
- Detallara diqqətlilik;
- Problem həll etmə;
- İdarəçilik
- Kritik və analitik düşüncə
- Stress altında işləmə
- Kompüter bilikləri:
- MS Excel;
- ERP sistemlər;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili –arzu olunandır.