Biznesin inkişafı üzrə Generalist
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-07-21
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu ümumi inkişaf planı üzrə Biznesin inkişafı şöbəsinə dəstək verilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Layihənin icrası ilə bağlı inzibati məsələlərdə dəstək göstərir.
- Tenderlərin, biznes görüşlərin, danışıqların aparılmasında dəstək göstərir.
- Layihə təchizatçıları və töhfə verənlərin koordinasiyasında dəstək göstərir.
- Müqavilə imzalanana qədər hüquqşünaslarla layihəni həyata keçirənlər arasında danışıqların aparılmasında dəstək göstərir.
- Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyada dəstək göstərir.
- Bazar araşdırması və texniki-iqtisadi əsaslandırmalarda dəstək göstərir.
Məsuliyyətində olan bölmələr:
- Departamentdaxili bütün bölmələr
Professional biliklər:
- İngilis dili yüksək səviyyədə
- MS Office proqramları
Təhsil:
- Biznes/İqtisadiyyat sahələri üzrə Ali təhsil
- Satınalma/layihənin idarə edilməsi sahələrində sertifikatlar
İş təcrübəsi:
- Biznesin inkişafı/satınalma/ layihənin idarə edilməsi sahəsində işləmiş və ya təcrübədə olmuş namizədlərə üstünlük verilir
Professional bacarıq və səriştələr:
- İşgüzar ünsiyyətin qurulması
- Danışıqların aparması
- Vaxtın doğru idarə olunması
- Aramdırma bacarıqları
- Analitik bacarıqlar
- Nəticə yönümlülük
- Proaktiv düşünmə
- Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin inkişafı üzrə Generalist” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.