İnzibati, Biznes və İdarəetmə

Biznesin İnkişafı üzrə Menecer

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-18

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna daxil olan hal hazırda Biznesin İnkişafı üzrə Menecer tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Biznesin İnkişafı Menecerinin rolu Şirkətin biznes portfelini genişləndirmək, bazar payını artırmaq və biznes bölmələri yaratmaqdır.

Vəzifə öhdəlikləri:

  • Verilən qrafik və prioritet əsasında layihələri planlaşdıraraq, tərəfdaşlarla ilkin ünsiyyətin qurulmasını və bu prosesin idarə olunmasını təmin edir.
  • Yeni imkanların, layihələrə dair iqtisadi və bazar araşdırılmasının təhlilinə nəzarət edir.
  • Şirkətin mövcud biznesinin və effektiv işgüzar ünsiyyətin davamlığına nəzarət edir.

Təhsil:

  • İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə ali təhsil

Təcrübə:

  • Şirkətin Biznesin İnkişafı, xüsusilə şirkətin biznes portfelinin genişləndirilməsi, şirkətin xidmət və ya məhsullarının bazar payının artırılması, yeni satış kanallarının yaradılması, şirkətin biznes fəaliyyətinin şaxələndirilməsi, yeni biznesin qurulması sahəsində ən azı 3 il iş təcrübəsi, bölmələr, biznes layihəsinə rəhbərlik etmək

Professional biliklər:

  • Bazar araşdırması
  • Maliyyə proqnozları
  • Müqavilə şərtləri 
  • Layihənin idarə olunması
  • Biznesin idarə edilməsi
  • İngilis dili yüksək səviyyədə
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • Təşkilatçılıq bacarıqları
  • Danışıq bacarıqları
  • Təqdimat bacarıqları
  • Detallarla işləmə
  • Analitik düşüncə
  • Nəticə yönümlülük
  • Zamanın idarə edilməsi
  • Proaktiv düşüncə
  • Problem həll etmə 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.