Komputerləşmə və İKT

CCTV Texniki Mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-20

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda CCTV Texniki Mütəxəssisi tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinə texniki dəstəyin göstərilməsidir.

Vəzifə öhdəlikləri:

  • Video müşahidə sistemlərinin işlək olmasına texniki dəstək
  • Audio sistemlərin  işlək olmasına texniki dəstək
  • Giriş-Çıxışa nəzarət sistemlərinin  işlək olmasına texniki dəstək
  • Mağazalarda şəbəkə, audio və analog kamera kabellərin çəkilişini icra edir.
  • Mağaza və ofislərdə path panellerin montajı, Rack sistemlərinin yığılmasını həyata keçirir. 
  • Oğurluğa qarşı sistemlərin  işlək olmasına texniki dəstək
  • Daxil olan sorğuları cavablayır və icra edir

Təhsil:

  • IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır

Təcrübə:

  • Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi

Professional biliklər:

  • İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
  • Hikvision, Dahua , Vivotek və s.  İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
  • Audio avadanlıqların quraşdırılması və sazlanması 
  • Patch Panel və Rack sistemlərinin yığılması
  • VAST Software haqqında baza biliklər
  • Şəbəkə avadanlığının tənzimlənməsi 

Professional bacarıqlar və kompetensiyalar: 

  • Problem həlletmə
  • Zamanın idarəolunması
  • Çeviklik

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “CCTV Texniki Mütəxəssisi” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.