İnzibati, Biznes və İdarəetmə

Ezamiyyə üzrə koordinator

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-02-23

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya və kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu partnyor şirkətlərin cədvəlinə uyğun olaraq işgüzar səfərləri təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • İşçilərin vizanın alınması üçün zəruri sənədlər toplayır və səfirliyə müraciət edir 
  • Ezamiyyətə gedən işçilərin aviabiletlərini rezervasiya edir 
  • Otellərin rezervasiyasını və ödənişini edir
  • Ezamiyyətə gedən işçilərin öncədən səfər marşrutunu ayarlayır və maliyyə şöbəsinə səfər üzrə məlumatları təqdim edir

Professional Biliklər:

  • Bazar araşdırması
  • Maliyyə proqnozları
  • Müqavilə şərtləri 
  • Layihənin idarə olunması
  • Biznesin idarə edilməsi
  • İngilis dili yüksək səviyyədə
  • MS Office Proqramları

Təhsil:

  • İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə ali təhsil

İş təcrübəsi:

  • Şirkətin Biznesin İnkişafı, xüsusilə şirkətin biznes portfelinin genişləndirilməsi, şirkətin xidmət və ya məhsullarının bazar payının artırılması, yeni satış kanallarının yaradılması, şirkətin biznes fəaliyyətinin şaxələndirilməsi, yeni biznesin qurulması sahəsində ən azı 3 il iş təcrübəsi

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • Təşkilatçılıq bacarıqları
  • Danışıq bacarıqları
  • Təqdimat bacarıqları
  • Detallarla işləmə
  • Analitik düşüncə
  • Nəticə yönümlülük
  • Zamanın idarə edilməsi
  • Proaktiv düşüncə
  • Problem həll etmə 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ezamiyyə üzrə kordinator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.