İnzibati, Biznes və İdarəetmə

HR Recruiter Specialist

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-12-27

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu işə qəbul prosesini icra etməkdir. 

Vəzifə öhdəlikləri:

  • ERP də vakansiyaları nəzərdən keçirir və işə qəbul prosesini icra edir.
  • İş elanları müəyyən edilmiş mənbələrdə yerləşdirir və yeniləyir.
  • Sosial şəbəkələrdə “Sinteks Careers” səhifəni idarə edir.
  • Vakant yerlərin meyarlarına əsasən CV seçimini edir və namizədlərlə müsahibələri təşkil edir
  • İşə qəbul edilən şəxsin iş təcrübəsini yoxlayır və iş təklifini göndərir.
  • Yeni işçi üzrə sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edir.
  • İşdən çixiş görüşləri keçirir 
  • Əmək yarmarkalarında namizəd axtarışını həyata keçirir

Təhsil:

  •  Ali təhsil (Biznesin İdarəedilməsi və İnsan Resurslarının İdarəedilməsi üzrə olması üstünlükdür)

Təcrübə:

  • İşə qəbul üzrə Mütəxəssis vəzifəsində ən az 2 il iş təcrübəsi 

Professional biliklər:

  • İşə qəbul prosesi
  • Sosial Şəbəkələrdə səhifənin idaəedilməsi əsasları
  • İngilis dili yaxşı səviyyədə
  • MS Office Proqramalrı

Professional bacarıqlar və kompetensiyalar: 

  • Müsahibə aparmaq bacarığı
  • Tədqiqat bacarıqları
  • Ünsiyyət bacarıqları
  • Nəticə yönümlülük
  • Zamanın idarəolunması
  • Analitik düşüncə 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “HR Recruiter Specialist” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.