İnsan resursları əməliyyatları üzrə qrup rəhbəri
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya və kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər Qrupuna hazırda “İnsan resursları əməliyyatları üzrə qrup rəhbəri” tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
İnsan resursları əməliyyatları üzrə qrup rəhbəri komandanı idarə edərək, kadr uçotunun əmək qanunvericiliyinə və daxili standartlara uyğun olaraq dəqiq və vaxtında aparılmasını təmin edir, proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması, hesabatların hazırlanması, işçi bazası haqqında bütün məlumatlılığın tamlığına cavabdehdir.
Vəzifə öhdəlikləri:
Komandanı idarə etmək:
- Tabeliyində olan işçilərin işinə nəzarət və koordinasiya, tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət.
- İşçilərin inkişafı, yeniliklərin mənimsənilməsində köməklik.
- Kadr kargüzarlığı üzrə komanda ilə birgə layihələr üzərində işləmək, şirkətin İR hədəflərinə çatmaqda dəstək olmaq.
İR proseslərinin və kadrların sənəd dövriyyəsinin təşkili:
- Kadr sənədlərinin qanunverciliyə uyğun, düzgün formada və vaxtında icra olunmasını təmin etmək (işə qəbul, dəyişiklik, işdən çıxma, xəstəlik məzuniyyətlər və s.).
- Sənədləşmə proseslərin qanunvericiliyə və şirkətin daxili qaydalara uyğunluğunu təmin etmək.
- Davamiyyətsiz işçilər barədə tədbir görmək, ünvanlarına məktubun göndərilməsi, gələn qaimələrin yoxlanması və yekun məlumatlara əsasən xitam verilməsinə nəzarəti təmin etmək.
- Ştat əmrlərinin və ştat cədvəlinin hazırlanmasını yerinə yetirilməsinə nəzarəti təmin etmək.
- İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesi idarə etmək.
- Davamiyyət tabellərinin hazırlanmasını təmin etmək.
- Əmək haqqı ödənişlərinin doğru və düzgün göndərilməsini təmin etmək.
- Rəhbərlikdən verilən digər tapşırıqları icra etmək.
İR proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması:
- Mövcud İR uçotu və sənəd dövriyyəsi proseslərinin təhlili, onların təkmilləşdirilməsi üçün təşəbbüslərin təklif edilməsi.
- Komandanın səmərəliliyini artırmaq üçün avtomatlaşdırılmış sistemlərin tətbiqi və təkmiləşdirilməsi.
- Sənəd dövriyyəsinin elektron formalarına keçidin təmin edilməsi, yeni siyasət və prosedurların işlənib hazırlanması.
- Şəxsi işlərin, arxiv sənədlərin düzgünlüyü və tamlığının təmin edilməsi.
Hesabatlılıq və analitika:
- Rəhbərliyə təqdim ediləcək kadrlarla bağlı hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
- Kadr uçotu məlumatlarının təhlili və dövriyyənin azaldılması, iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmək.
- Strukturun fəaliyyətinin həyata keçirilməsi ilə bağlı daxili siyasət və qaydaların yazılmasında iştirak etmək.
- Dövlət orqanlarına hesabatların hazırlanmasını təmin etmək.
- Dövlət orqanlarından(Əmək müfəttişliyi və s) daxil olan müraciətlərə dərhal baxılması, sənədlərin vaxtında hazırlanaraq təqdim olunmasını təmin etmək.
Professional Biliklər
- İR Kadr karguzarlığı üzrə mükəmməl biliklər
- Əmək qanunvericiliyi
- ƏMAS, SİMA və digər elektron sistemlər ilə işləmə bacarığı
- MS Office üzrə mükəmməl istifadə etmək bacarığı
- 1C Programı ilə işləmək bacarığı
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək); İngilis dili biliyi üstünlükdür.
Təhsil:
- Ali təhsil (İdarəetmə, İnsan Resursları, Hüquq üzrə ali təhsil üstünlükdür)
- İR, Əmək qanunvericiliyi üzrə sertifikat
İş təcrübəsi:
- İR Əməliyyatları sahəsində 4 il, komanda idarəetmədə ən azı 1 il iş təcrübəsi (mütləqdir)
Professional bacarıq və kompetensiyalar:
- Liderlik keyfiyyətləri və komandanı idarə etmə bacarığı
- Böyük həcmdə məlumatı sistemləşdirmək və təşkil etmək bacarığı
- Avtomatlaşdırılmış uçot və sənəd idarəetmə sistemlərinin tətbiqi üzrə təcrübə
- Əla ünsiyyət və münaqişələrin həlli bacarıqları
- Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları əməliyyatları üzrə qrup rəhbəri” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.