IT Texnik
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-12-07
Sinteks Şirkətlər qrupuna hal hazırda IT Texnik tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinə texniki dəstəyin göstərilməsidir.
Vəzifə öhdəlikləri:
- Video müşahidə sistemlərinin işlək olmasına texniki dəstək.
- Audio sistemlərin işlək olmasına texniki dəstək.
- Giriş-Çıxışa nəzarət sistemlərinin işlək olmasına texniki dəstək.
- Mağazalarda şəbəkə, audio və analog kamera kabellərin çəkilişini icra edir.
- Mağaza və ofislərdə patch panellərin montajı, Rack sistemlərinin yığılmasını həyata keçirir.
- Oğurluğa qarşı sistemlərin işlək olmasına texniki dəstək.
- Daxil olan sorğuları cavablayır və icra edir.
Əsas tələblər:
Təhsil:
- IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır.
Təcrübə:
- Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi.
Professional biliklər:
- İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
- Hikvision, Dahua , Vivotek və s. İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
- Audio avadanlıqların quraşdırılması və sazlanması
- Patch Panel və Rack sistemlərinin yığılması
- VAST Software haqqında baza biliklər
- Şəbəkə avadanlığının tənzimlənməsi
Professional bacarıqlar və kompetensiyalar:
- Problem həlletmə
- Zamanın idarəolunması
- Çeviklik
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “IT Texnik” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.