İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis
Sinteks Şirkətlər Qrupu “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- İR Əməliyyatları üzrə mütəxəssis işçilərlə bağlı əsas əməliyyatları icra edir – işə qəbul, işdən çıxma, yerdəyişmə, davamiyyət və məzuniyyət proseslərini idarə edir. ƏMAS və ERP sistemində məlumatların düzgünlüyünü təmin edir, əməkhaqqı və icbari sığorta ilə bağlı yenilənmələri aparır. Həmçinin, arayışların hazırlanması, sənədləşmə və aidiyyəti qurumlarla yazışmalara cavabdehdir.
Vəzifə öhdəlikləri:
Əmək Münasibətləri və Sənədləşmə
- İşə qəbul, kadr dəyişiklikləri və işdən azad etmə proseslərinin icra olunması
- Yerdəyişmə və işdən çıxma zamanı təhvil-təslim prosesinin təşkil olunması
- Müvafiq əmrlərin (işə qəbul, dəyişiklik, məzuniyyət və s.) hazırlanması və 1C/ƏMAS sistemlərinə daxil edilməsi
- İntizam tənbehlərinin verilməsinə dair sənədlərin hazırlanması və qeydiyyatı
- Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
ƏMAS və ERP Sistem İdarəçiliyi
- ƏMAS və 1C ERP sistemlərində əməkdaş məlumatları və lazımlı sənədləri dəqiq və vaxtında daxil edilməsi
- İşçilərin mağazalararası yerdəyişmə proseslərinin 1C ERP sisteminə daxil edilməsi
- ƏMAS sistemində işçilər tərəfindən daxil olan müraciətlərin cavablandırılması
- Əmək haqqı və vəzifə üzrə dəyişikliklərin ERP və ƏMAS sistemlərində rəsmiləşdirilməsi
Davamiyyət və Məzuniyyət İdarəetməsi
- Davamiyyətə nəzarət və uyğunsuzluqların aradan qaldırılması
- İş vaxtının uçotu tabelinin hazırlanması və əmək haqqı sisteminə ötürülməsi
- Məzuniyyət qrafiklərinin hazırlanması və icra olunması
- Xəstəlik vərəqələrinin elektron sistemdə rəsmiləşdirilməsi
Təlimlərin təşkili və həyata keçirilməsinə dəstək
- Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərini planlaşdırılması, təşkili və həyata keçirilməsinə dəstək göstərmək.
İcbari Sığorta və Sosial Ödənişlər
- İşçilərin icbari sığorta ödənişlərinin vaxtında icra olunmasının təmin edilməsi
- Əmək haqqı kartlarının sifarişi və işçilərə təqdim olunması
Məsuliyyət sahəsi:
- İR üzrə sənədləşmə
- 1C və Elektron Hökümət Portalı qeydiyyatı
- ERP sistemində işçi məlumatların daxil edilməsi
- Əmək haqqı tabeli
- Sosial ödəmələr və İcbari Sığorta
Vəzifə tələbləri:
Təhsil:
- Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
- İR üzrə Əməliyyatların aparılması və ya Kadr Kargüzarlığı üzrə sertifikat
İş Təcrübəsi:
- İR Əməliyyatların aparılması (Kadr Kargüzarlığı) üzrə ən azı 2 il iş təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Məsuliyyət
- Detallara diqqət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.