Maliyyə xidmətləri

Öhdəliklər üzrə Mühasib (Xarici valyuta)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-01-17

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Öhdəliklər üzrə Mühasib (Xarici valyuta) tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

İlkin sənədlərin mövcüdluğunun və düzgünlüyünün təmin edilməsi, çəkilmiş xərclərin və alınmış aktivlərin ERP sistemində əks etdirilməsi, təchizatçılar ilə üzləşmələrin aparılması, vergi sisteminə təchizatçı tərəfindən əlavə edilən elektron qaimələrə aid olduğu ERP sistemində sifarişlərinin yoxlanılması, mağazaların pos-terminalla təmin və ləğv edilməsinin təşkil edilməsi.

Vəzifə öhdəlikləri:

  • ERP sistemində yaradılan və təqdim edilən ilkin sənədlərin yoxlanılması
  • Alınmış aktiv və çəkilmiş xərcin ERP sistemində əks olunması
  • Ödənişin icrasına hazırlığın aparılması
  • Şirkət daxili və şirkət xarici zəruri məlumatların təmin edilməsi
  • Təchizatçılarla üzləşmələrin aparılması
  • Xarici təchizatçılarla hesablaşmalarla bağlı vergi öhdəliklərinin ERP –də əks etdirilməsi
  • Ayın bağlanması prosesi

Təhsil:

       •     İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində Ali təhsil

Təcrübə:

  • Maliyyə və Mühasibat sahəsində 1 ildən çox təcrübə

 

Professional biliklər:

  • Maliyyə uçotu
  • 1C Programı
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • Detallara diqqət
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Məsuliyyət         

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Öhdəliklər üzrə Mühasib (Xarici valyuta)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.