Project Management Specialist (New Fashion Retail Project)
Sinteks Şirkətlər Qrupunda yeni Pərakəndə Moda Layihəsində Həyəcanverici Karyera İmkanı!
Tamamilə yeni bir Pərakəndə Moda Layihəsinə start veririk və komandamıza qoşulmaq üçün istəkli peşəkarlar axtarırıq! Əgər sizin də motivasiya mənbəyiniz innovasiya, strategiya və bazar payının genişləndirilməsidirsə, bu sizin üçün qeyri-adi bir layihənin bir parçası olmaq şansıdır.
Yeni Pərakəndə Moda Layihəsi üzrə Sinteks Şirkətlər Qrupunda “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin əsas rolu təsdiq edilmiş illik inkişaf plan əsasında layihələrin icrasını və nəzarətini təmin etməkdir.
Vəzifə öhdəlikləri:
- Partyorlardan layihə üzrə tələb olunan bütün məlumatların və dizayn proyektin alınmasını təmin etmək
- Tender prosesində daxil olan təklifləri təhlil edir və investisiya büdcəsini tərtib edib, rəhbərlik ilə razılaşdırmaq
- Layihələrin vaxtında icrasını təmin etmək
- Layihələrin vaxtında təhvil verilməsini təmin etmək
Məsuliyyət sahəsi:
- Biznes kommunikasiya
- Mağaza və brend layihələri
- Tenderlər
Professional Biliklər:
- Satınalma/Təchizat Zənciri
- Layihənin idarə olunması
- AutoCad üzrə əsas biliklər (əsas funksiyaları oxumaq və istifadə etmək bacarığı)
- İngilis dili yüksək səviyyədə
- MS Office proqramları
Təhsil:
- Memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
İş təcrübəsi
- Layihənin idarə edilməsi üzrə minimum 3 il təcrübə
- Komandanın idarə edilməsində minimum 1 il təcrübə
Professional Bacarıqlar və Kompetensiyalar:
- Təşkilatçılıq bacarığı
- Danışıqlar aparmaq bacarığı
- Təqdimat bacarıqları
- Detallara diqqət
- Nəticə yönümlülük
- Zamanın idarə olunması
- Analitik düşüncə
- Proaktiv
- Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.