Komputerləşmə və İKT

Texniki dəstək üzrə aparıcı mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-21

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Texniki dəstək üzrə aparıcı mütəxəssis tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu əsas rolu kompüter sistemləri, program təminatları və avadanlıqlarla bağlı istifadəçilərinə texniki dəstək göstərməkdən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Daxil olan sorğuların vaxtlı vaxtında cavablanması və icra olunması
  • Daxil olan sorğuları texniki dəstək üzrə mütəxəssislər arasında bölür və bu sorğuların icrasında onlara köməklik göstərir.
  • İstifadəçi komputerlərinə nəzarət və yaranmış problemlərin həll olunması
  • Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi
  • İT avadanlıqların quraşdırılması və avadanlıqlarda yaranmış problemlərin həll olunması
  • İT avadanlıqlarının təmiri ilə bağlı servis mərkəzləri ilə olan işlərin kordinasiyasının aparılması.

Təhsil:

  • İT, kompüter elmləri və ya əlaqəli təhsil sahəsində bakalavr dərəcəsi

Təcrübə:

  • İT üzrə ən azı 2 illik iş təcrübəsi

Professional biliklər:

  • Windows client ( 7, 8, 8.1, 10, 11 ) əməliyyat sistemləri üzrə dərin biliklər
  • AP, Router (Modem) , Network Printer & Scanner və s. kimi avadanlıqların sazlanması
  • TCP/IP , DNS, DHCP, VPN kimi protokolların işləmə prinsiplərini anlamalı
  • Active Directory, Group Policy və Networking üzrə baza biliklərin olması
  • Backup Sistemləri üzrə biliklərin olması ( Acronis, Norton və s. )

Professional bacarıqlar və kompetensiyalar: 

  • Problem həlletmə 
  • Detallara və nəticəyə yönümlü
  • Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki dəstək üzrə aparıcı mütəxəssis” qeyd edərək  elektron poçt ünvanına göndərə bilərlər.