Anbar təsərrüfatı üzrə aparıcı mütəxəssis
Ümumi məlumat:
Anbar təsərrüfatı üzrə aparıcı mütəxəssis malların fiziki qəbulu, yoxlanılması, yerləşdirilməsi, anbarda saxlanılması və təhvil verilməsini daxil olmaqla, Anbar təsərrüfatının göndəlik əməliyyətlarında iştirak edir və tələb olunanda prosesi idarə edir. Anbar əməliyyatlarının fasiləsiz axını üçün müəyyən edilmiş prosedur və proseslər, müvafiq milli və beynəlxalq qanunvericilik tələblərinə riayət edir. Anbarda mövcud olan inventar məlumatlarının düzgünlüyünə cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Anbarlara daxil olan materiallar miqdarının aylıq,rüb və illik hesabatı uçotunun aparılması
- Mal-materialların qəbulunda iştirak edilməsi və gündəlik olaraq Material Qəbulu Hesabatının doldurulması
- Alınmış malların keyfiyyətinə və miqdarına nəzarət etməklə anbarlarında müvafiq norma və qaydalara uyğun olaraq yerləşdirilməsi və sənədlərin vaxtında rəsmiləşdirilməsi
- Mal-materialların keyfiyyətli saxlanılması üçün tədbirlər planının hazırlanmasında iştitak edilməsi
- İstehsalat sahələrinə, texnoloji qurğulara və digər sahələrə verilən mal-materialların dəqiq uçotunun aparılmasını və hesabatların hazırlanması
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsini təmin edir,müəyyən olunmuş hesabatı tərtib edir;
- Hər hansı çatdırılan mal-material üzrə tərtib olunmuş Yoxlama Tələbnamə formasına əsasən yoxlamaların icra edilməsi və Artıq, Əskik, Zədə və ya göndərmə sənədlərində uyğunsuzluq müəyyən edildikdə Yoxlama Tələbnamə formasında müvafiq qeydlərin edilməsi
- Uyğunsuzluğun dəqiq müəyyənləşdirilməsini təmin edərək Artıq, Əskik, Zədə və Uyğunsuzluq hesabatın tərtib edilməsi və Ekspeditor Qrupuna təqdim edilməsi
- Davamlı uyğunluq və məlumat dəqiqliyini təmik etmək üçün anbar inventarının müntəzəm fiziki sayımlarda iştirak edilməsi
- Səliqəli və təhlükəsiz iş mühitinin təsbeh edilməsi, o cümlədən, bütün müvafiq SƏTƏM prosedur və qaydalarına riayət edilməsi
- İnventar uçotunun dəqiq aparılması və müvafiq sistemlərində (SAP ERP, Server, və s ) inventar məlumatlarının vaxt-vaxtında yenilənməsi
- Saxlanılan materiallara mütamadı baxış keçirilməsi və saxlama zamanı baş vermis zədələnməl haqqında müvafiq rəhbərliyə dərhal məlumat verilməsi
- İşlərin məqsədi ilə bağlı bütün sorğulara dərhal və uyğun şəkildə cavabın təmin edilməsi
- Təyin edilmiş öhdəliklərin yerinə yetirilməsi
Tələblər:
- Təməl riyazi funksiyaları yerinə yetirmək üçün bilik və təcrübə
- Sürətli temp, komanda yönümlü mühitdə işləmək bacarığı
- Detallara diqqətli yanaşma bacarığı
- Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və oxumaq qabiliyyəti
- İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti
- Yaxşı ünsiyyət bacarığı və komanda daxilində işləmək qabiliyyəti
- İşlərin icrasına məntiqi və sistematik yanaşma
- Sürücülük vəsiqəsinin olmasına üstünlük verilir
- Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 8 il iş təcrübəsi;
Əlavə tələblər:
- Sertifikat və kurslar:
- SAP ERP
- Working at Height
- COSHH Assessment
- Spill Response
- Lifting Operations
- Task Risk Assessment
- Manual Handling Awareness
- Waste Management Training
- Dangerous Goods Management
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur. https://socardownstream.az/az/vacancy/anbar-teserrufati-uzre-aparici-mutexessis
Son müraciət tarixi: 20.09.2024