Mühəndislik

ER & Simulation uzrə Proses Mühəndisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-21

Vəzifənin məqsədi:

Digər departamentlərdən gələn mühəndislik tələblərini tamamlamaq üçün daxili hesablama proqramlarını istifadə edərək mühəndislik dizayn hesabatlarının aparılması. Kompüter simulyasiya proqramlarını istifadə edərək qurğuların performans modelinin qurulması. Qurğuların məhsuldarlığı artırılması, prosesin optimizasiyası, darboğazların aradan qaldırılması, və layihələrin dəyərləndirilməsi üçün proses araşdırmaların aparılması. Qurğu modellərin lazım olan vaxtlarda kalibrasiya edilməsi və yenilənməsi.

Vəzifə öhdəlikləri:

  • Mühəndislik tələblərinin detallı dəyərləndirilməsi və bütün lazım olan sənədlərin tam olduğunun təsdiq olunması 
  • Şirkətin daxili hesablama proqramlarını istifadə edərək mühəndislik tələbləri üçün lazım olan hesabatların aparılması 
  • Simulyasiya modellərinin qurulması və yaxud mühəndislik layihələri barədə digər departamentlərə texniki və mühəndislik dəstəyinin verilməsi 
  • Simulyasiya modellərinin proses araşdırılmaları üçün istifadə olunması 
  • Layihələr üçün lazım olan parametrlərin hesablanması üçün sadə simulyasiya modellərin qurulması və kalibrasiya olunması 
  • Pre-FEED, FEED, “Detailed Engineering” fazalarda olan layihələr üçün digər departamentlərlə əməkdaşlıq yaradıb mühəndislik dəstəyinin verilməsi. 
  • Şirkətin daxili excel hesablama vasitələrindən istifadə edərək mühəndislik hesabatların 
  • Sadə mühəndislik hesabatlarının aparılması üçün excel hesablama vasitələrinin qurulması 

Tələblər:

  • Kimya mühəndisliyi üzrə bakalavr dərəcəsi
  • Microsoft office proqramlarında işləmək bacarığı 
  • İngilis dili biliyi arzuolunandır
  • Aspen HYSYS

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “ER & Simulation uzrə Proses Mühəndisi” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 20.07.2024