IT Supervayzer
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-21
Vəzifənin məqsədi:
Texniki dəstək üzrə supervayzer dəstək üzrə kontaktlar haqqında müntəzəm hesabatları hazırlayır, xidmət səviyyələrinin yerinə yetirilməsini təmin edir, xidmətin təkmilləşdirilməsi üçün tövsiyələr verir və xidməti genişləndirmək və/və ya təkmilləşdirmək üçün rəhbərliyə büdcə tövsiyələrini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Son dərəcə dinamik iş mühitində qərarlar qəbul etmək təcrübəsi.
- Texniki dəstək heyətinin gündəlik əməliyyatlarına nəzarət etmək.
- Araşdırmalar aparmaq, nasazlıqları aşkar etmək və aradan qaldırmaq və həlli yollarını təqdim etmək üçün səmərəli metodlar üzrə komanda üzvlərinə təlim və dəstək təmin etmək.
- İT şöbəsində projelərə dəstək olmaq.
- İT inventarizə sisteminə və şobə ambarının avadanlıqlarına nəzarət etmək.
- İT texniki heyyətin iş tapşırıqlarının SLA uyğun icra olunmasına nəzarət etmək.
- Məlumat verilmiş problemləri sənədləşdirmək, izləmək və həll etmək, istismar xidməti səviyyələrinə və standartlarına riayət etmək məqsədilə texniki dəstək sistemləri, prosesləri, alətləri və proseduralari ilə əlaqədar komandaya təlim keçmək.
- Ən son məhsulların və texniki yeniləmələrin və ya siyasətlərin mövcudluğunu və komandaya çatdırılmasını təmin etmək.
- Kifayət qədər əhatə dairəsini və xidmət standartlarına riayət olunmasını təmin etmək üçün sorğu növbəsinə nəzarət etmək və əsas göstəriciləri izləmək.
- Proseslərin və proseduraların hazırlanmasına köməklik göstərmək.
- Mühüm məsələlərin həllini üst səviyyəyə ötürmək və yekun həllini asanlaşdırmaq.
- Masaüstü əməliyyat sistemlərinin və Microsoft Office proqramlarının quraşdırılması, konfiqurasiyası, şəbəkələşdirilməsi və nasazlıqların aşkarlanması və aradan qaldırılması da daxil olmaqla texniki dəstək mütəxəssisi təcrübəsinə malik olmaq.
- Məsafədən idarəetmə, görüntüləmə və məsafədən tətbiqlərin istifadəsi və düzəlişlərin idarə edilməsi kimi müəssisənin informasiya texnologiyaları üzrə texniki dəstək təcrübəsinə malik olmaq.
- Microsoft Windows, Apple OS, Microsoft Office, standart orijinal avadanlıq istehsalçılarının fərdi kompüterlərinin (OEM PC) və Mac avadnalıqlarının və standart lazer və mürəkkəb kartricli printerlərin bütün versiyaları ilə bağlı biliyə malik olmaq.
- Menecerə və ya şöbə/departament rəhbərinə hesabat təqdim etmək.
Tələblər:
- İnformasiya texnologiyaları infrastrukturu kitabxanası (ITIL) sertifikatı.
- Detallara qarşı diqqətcil olmaq və problemləri həll etmək bacarığı.
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq.
- Şirkətin siyasətləri haqqında biliyə malik olmaq.
- Tələb edildikdə sərbəst iş qrafikində və həftə sonları işləmək bacarığı.
Sertifikar və kurs:
- Təstiqlənmiş İTİL sertifikatı
- Təstiqlənmiş Prince2 və ya digər təstiqlənmiş Project management sertifikatı
- MS 365 sertifikatı
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “IT Supervayzer” yazmaqla elektron ünvana göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 20.07.2024