Kapital layihələr üzrə Aparıcı Proses Mühəndis
Vəzifənin məqsədi:
Neft emalı və Neftkimya proseslərində istehsalın etibarlı və gəlirli işinin təmin edilməsi üçün nəzərdə tutulan kapital layihələrin hazırlanma mərhələsində iştirak etmək. Sağlıq və təhlükəsizlik riskini layihələndirmə mərhələsində minimuma endirmək. Təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək. Layihələndirmə zamanı layihə tələblərinə uyğun şəkildə əməl olunmasına nəzarət etmək. Şifarişçinin mənafelərini qorumaq.
Vəzifə öhdəlikləri:
- Lisenziyalı və lisenziyasız layihələr üçün tələb olunan vəzifə specifikasiyaların hazırlanmasında iştirak etmək
- Lisenziyarlara və kontraktorlara layihələndirmə əsnasında lazım olan texniki sənədləri və məlumatları təqdim etmək
- Lisenziyarın hazırladığı texniki təklifləri və PDP ləri yoxlamaq və şərh vermək
- Sənədləri vaxtında yoxlamaq, gecikmələrə səbəb olmamaq
- Kontraktorların hazırladıqları sənədləri (layihələndirmə əsasları, PFD,PİD, DS və s) yoxlamaq və şərh vermək
- PFD və PİD lərin yoxlanma iclaslarında iştirak etmək
- HAZİD və HAZOP iclaslarında iştirak etmək
- Lisenziarların və kontraktorların şərhlərə verdikləri cavabları qəbul etmək və ya qəbul olunmadıqda əks cavab yazmaq.
- Tabe olduğu rəhbərliyə hesabat vermək
Tələblər:
- Kimya mühəndisliyi üzrə bakalavr dərəcəsi
- Microsoft office proqramlarında işləmək bacarığı
- İngilis dili biliyi arzuolunandır
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Kapital layihələr üzrə Aparıcı Proses Mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 20.07.2024