Materialların planlanması üzrə mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-24
Vəzifənin məqsədi:
Materialların tədarükünün istehsal və texniki xidmət cədvəlinə uyğunluğunu təmin edilməsi üçün tələb olunan tədbirləri həyata keçirmək; İstehsalat davamlılığını təmin edilməsi üçün ehtiyatların minimum/maksimum səviyyələrini hesablamaq, istehsalat tələblərinə cavab vermək üçün səmərəli və çevik həllər təqdim etmək;
Vəzifə öhdəlikləri:
- Materialların illik istifadə miqdarının müəyyən edilməsi, ehtiyat səviyyələrinə nəzarət edilməsi, inventar və ehtiyat dəyərinin daimi azaldılmasını həyata keçirmək;
- İstehsalat və texniki xidmət tələblərinə, eləcə də minimum ehtiyat səviyyələrinə uyğunlaşdırılması üçün material tədarükünün planlaşdırılmasını həyata keçirmək;
- Planlaşdırma fərziyyələrinə uyğun olaraq həcm tələblərinin qiymətləndirilməsini icra etmək;
- İstehsalat cədvəlinə təsiri minimuma endirmək üçün risklərin müəyyənləşdirilməsi və idarəedilməsini icra etmək;
- İstehsalata birbaşa təsir edən materialların çatışmazlığı ilə bağlı tədbirlər statusunun daimi izlənilməsini həyata keçirmək;
- Bütün iş proseslərinin razılaşdırılmış standartlara və hədəf qoyulan müddətlərə uyğun həyata keçirilməsi və daimi təkmilləşdirmə təşəbbüslərinin müəyyənləşdirilməsini icra etmək;
- Məlumatların dəqiq və aktual olmasının təmin edilməsi üçün MRP və SAP MM modulundan istifadə edilməsini həyata keçirmək;
- Master Data komandası və Satınalma Tələbnamələrini yaradan texniki funksiyalar ilə koodrinasiyada materialların kodlaşdırılması haqqında sorğulara nəzarət etmək;
- Tələb olunan materialların ehtiyatını yoxlayaraq müvafiq olaraq alternativ materialları təkilf etməklə Satınalma Tələbnamələrin nəzərdən keçirilməsini təmin etmək;
- Materiallar Hesabatının (Bill of Materials) bütövlüyünə nəzarət edilməsi və inventarın düzgünlüyünün idarə edilməsini icra etmək;
- Qeyri-likvid və yararsız ehtiyatların minimuma endirilməsini təmin etmək;
- Müntəzəm statistik hesabatların tərtib edilməsini icra etmək;
- Material planlama üzrə prosedurların və proseslərin təsis edilməsini həyata keçirmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması və/və ya əlaqəli sahələrdə ixtisaslaşma)
- Müvafiq sahə ilə əlaqəli sertifikatların olması yüksək qiymətləndirilir;
- İstehsalat sahəsində üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi;
- SAP ERP (Materialların idarə edilməsi (MM), avadanlıqlara texniki xidmət və təmir (PM), material ehtiyatların planlaması (MRP) modulları) proqram təminatında güclü iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti;
- İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti;
- Güclü ünsiyyət bacarığı, komanda daxilində işləmək və liderlik qabiliyyətləri;
- Nəticələrə yönəlmiş və təyin olunmuş son icra tarixlərə qarşı çatdırılma bacarığı;
- Güclü analitik, planlaşdırma və problemlərin həll edilmə bacarığı;
- Layihə idarəetmə bacarıqları;
- Detallara diqqət yetirmə bacarığı;
- Sürücülük vəsiqəsinin olmasına üstünlük verilir.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Materialların planlanması üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 23.03.2024