Nəqliyyat, paylama və logistika

Nəqliyyat və yol təhlükəsizliyi üzrə aparıcı mühəndis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-08-04

Vəzifənin məqsədi:

Azərikimya İB-də nəqliyyat təhlükəsizliyini təmin edilməsi, sürücülərin arasında SƏTƏM mədəniyyətinin təşviqi, əraziyə daxil olan vasitələrinin texniki yoxlanılması.

Vəzifə öhdəlikləri:

  • Yol Təhlükəsizliyi və nəqliyyat prosedurunun tam həyata keçirilməsinə nəzarət etmək
  • Təlimlərin keçirilməsi, səfərlərin idarə olunması, fövqəladə halları və cavab tədbirləri, avtomobil parkının idarə olunması və nəqliyyat təhlükəsizliyinə qoyulan tələblərin yoxlanılmasını, nəzərdən keçirilməsini və davamlı olaraq təkmilləşdirilməsini təmin etmək
  • Müəyyən edilmiş planları və proseduralara riayət olunmasına nəzarət etmək 
  • Sürücülərin davranışına nəzarət etmək (Nəqliyyatın Monitorinqi Sisteminin təhlilinə əsasən), təhlükəsiz davranış üçün sürücüləri təlimləndirmək, lazım gəldikdə və müəyyən edilmiş qaydada təlimlər təşkil etmək  
  • Nəqliyyat təhlükəsizliyi mədəniyyətinin inkişafını təşviq etmək
  • Nəqliyyat ilə əlaqədar qəzaların araşdırılmasını və qəza barəsində hesabatları vermək
  • Nəqliyyat qəzalarının araşdırılması ilə bağlı məlumatları toplanması və təhlilini aparmaq
  • Nəqliyyat təhlükəsizliyin qiymətləndirilməsi üçün hesabatların və statistik məlumatların tərtib edilməsində köməklik göstərilməsi
  • Aidiyyəti bölmələrlə təhlükəsizlik üzrə menecer, tibbi yardım briqadası, podratçı təşkilatları ilə sıx əməkdaşlıq etmək
  • Nəqliyyat təhlükəsizliyi proseduruna uyğunluğu təmin etmək üçün nəqliyyat vasitələrinə və yollara müntəzəm baxış keçirilməsi
  • Təhlükəsizlik proseduru və yerli qanunvericilikdə yeniləmələri ilə bağlı sürücülər və digər məlumatın verilməsi
  • Azərikimya İB-in ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin təhlükəsizlik tələblərinin yoxlanılması
  • Rəhbərliyin göstərişlərinə əsasən işlərin icra edilməsi
  • Nəqliyyat təhlükəsizliyi ilə bağlı idarəetmə və təkmilləşdirmənin təşviqi

Tələblər:

  • Mühəndislik üzrə bakalavr dərəcəsi (Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi və ya əlaqəli texniki sahələr üzrə ali təhsilin olması üstünlükdür)
  • Yol və nəqliyyat təhlükəsizliyi üzrə minimum 4 illik iş təcrübəsi
  • AR yol nəqliyyat qaydalarının biliklərin olması
  • Yol və Nəqliyyat Təhlükəsizliyi üzrə sertifikatlar
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

İş yeri: Sumqayıt şəhəri

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Nəqliyyat və yol təhlükəsizliyi üzrə aparıcı mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 03.08.2024