İnzibati, Biznes və İdarəetmə

Öyrənmə və İnkişaf üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-08-31

Vəzifənin məqsədi

Şirkətin biznes tələblərinə çatması üçün öyrənmə ehtiyaclarının düzgün təhlil edilməsi və biznesin inkişafına yönəlik öyrənmə alətlərin tətbiqi ilə işçilərin inkişaf etdirilməsi.

Vəzifə öhdəlikləri

  • İcbari və SƏTƏMM təlim matrisinin hazırlanmasını, yenilənməsini və izlənilməsini təmin etmək;
  • İllik təlim planına uyğun olaraq təlimlərin cədvəlini haqırlamaq;
  • Təlimləri təşkil etmək (iştirakçıları dəvət etmək, davamiyyətə nəzarət etmək, təlim effektivliyini ölçmək, məkanı, ehtiyac olduqda çay və nahar fasiləsini təşkil etmək, təlim materialları hazırlamaq və s.);
  • Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesini təmin etmək;
  • Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
  • Əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
  • Kənar vendorların seçilməsi məqsədilə Satınalma komandasına dəstək olmaq;
  • İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
  • Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
  • Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • Şirkətdə mövcud rəqəmsal platformalarından istifadə etmək;
  • Həftəlik/aylıq olaraq görülmüş işlər barədə hesabat vermək;

Tələblər

  • Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) olmalı;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə ingilis dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Güclü analitika və problem həll-etmə bacarığı;

Əlavə tələblər

  • SƏTƏMM və digər icbari təlimlərinin təşkilində təcrübənin olması;
  • SƏTƏMM və digər icbari təlimlər üzrə matrisin hazırlanmasında təcrübənin olması;
  • Əməyin təhlükəsizliyi və FHN tərəfindən qoyulan təlim/sertifikat tələbləri üzrə biliklərin olması;
  • Aşağıda qeyd edilmiş sertifikatların olması üstünlükdür:
  • TOT;
  • SHRM;
  • İnstructional Design;

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur. 

Son müraciət tarixi: 30.08.2024