Mühəndislik

Qapalı sahə və qaz test üzrə aparıcı mühəndis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-11

Vəzifənin məqsədi

Qapalı sahə işləri zamanı təhlükəsiz iş mühiti təmin etmək, atmosfer göstəricilərinin norma daxilində olmasını təsdiqləmək. Qapalı sahələrin bütün lazımı nəzarət tədbirlərinin yerində tədbiq edilməsini yoxlamaq.

Vəzifə öhdəlikləri

  • Müəssisə hüdudları və sahələri çərçivəsində istifadəyə yararlılığından, müvafiq sənaye standartlarına və şirkətin işlərin yerinə yetirilməsinə icazə proseduralarına əməl olunduğundan əmin olmaq üçün bütün qapalı sahə işlərini yoxlamaq
  • Qapalı sahənin və xilasetmə ləvazimatlarının vəziyyətini yoxlamaq və qiymətləndirmək və zədələnmiş, qüsurlu və standartlara uyğun olmayan materialları rədd etmək
  • İşçilərin qapalı sahəyə giriş üçün müvafiq şəkildə təlimatlandırılmış və təlim keçmiş olmasından əmin olmaq
  • İşin planlaşdıırlmış, təşkil olunmuş və hər zaman nəzarətdə saxlandığından əmin olmaq
  • SDM-in sağlamlıq və təhlükəsizlik tələblərinə cavab vermək üçün istehsal prosesinin pozulması hallarında layihələndirmə və qurğulara giriş baxımından xüsusi avadanlıqların uyğunluğu ilə bağlı məsləhətlər vermək
  • Qapalı sahə işləri ilə bağlı texniki məsləhətlər vermək və yüksək səviyyəli bacarıqlar tələb edən işlərdə iştirak etmək
  • Qapalı sahə və xilasetmə işləri üçün bütün avadanlıqların yoxlanmış olmasından əmin olmaq
  • Müxtəlif sahələrdə gündəlik qapalı sahə işlərinin tələb üzrə təşkilinə nəzarət etmək
  • Qapalı sahə işləri üçün materialların işarələnmiş olmasını, düzgün şəraitdə saxlanmasını və təhlükəsiz istifadəsini təmin etmək
  • SƏTƏM qaydaları barədə məlumatlılığı təmin etmək və qapalı sahə işçiləri tərəfindən SƏTƏM qaydalarına və nizamnamələrinə əməl olunmasından əmin olmaq
  • Qapalı sahəyə giriş icazəsinin hazırlanmasına nəzarət etmək
  • İstifadə üçün ilkin müdaxilədən öncə qapalı sahənin yekun yoxlanması
  • Minimum olaraq, sahədə gündəlik yoxlama, qapalı sahə işləri
  • Təcridedici tənəffüs aparatlarını, kompressorlar, yarım/tam üz maskaları və digər qapalı sahə avadanlıqlarına nəzarət və onların yoxlanması
  • Digər səlahiyyətli şəxslər, qaz analizlərini keçirən şəxslər, İşin Yerinə Yetirilməsinə İcazəni verən şəxslərə və s. təlim keçilməsinə nəzarət etmək
  • Qapalı sahə işlərinin görüləcəyi sahənin təhlükəsiz olmasını yoxlamaq
  • Qapalı sahə risklərini minimuma endirəcək hər hansı ehtiyat tədbirlərini görmək
  • Fövqəladə hallar üçün təxliyə və xilasetmə proseduralarını hazırlamaq və yoxlamaq

Tələblər

  • Qaz sınaqlarının aparılması üzrə səlahiyyətli şəxs kimi neft və qaz sənayesində minimum 3 il iş təcrübəsi
  • Ali texniki bakalavr təhsili
  • NEBOSH və ya İOSH sertifikatları
  • Tanınmış qurum tərəfindən verilmiş qaz sınaqlarının aparılması üzrə səlahiyyətli şəxs sertifikatı
  • Beynəlxalq qanunlar və təhlükəsizliyə dair qanunları bilən şəxslərə üstünlük verilir
  • Audit/inspeksiya üsulları və proseduraları barədə biliklər
  • Neft-qaz və tikinti layihələri ilə əlaqədar təcrübə
  • Qapalı sahə işləri üzrə Fövqəladə hallarda cavab tədbirləri planlarını hazırlamaq qabiliyyəti
  • Neft və Qaz məhsulları ilə bağlı təhlükələri anlamaq bacarığı

İş yeri:

Sumqayıt şəhəri

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur.       

https://socardownstream.az/az/vacancy/qapali-sahe-ve-qaz-test-uzre-aparici-muhendis 

Son müraciət tarixi: 20.09.2024